Bakı. Trend:
Hər həftə yenilənən avtomobil kampaniyasına bu dəfə “Haval”
markalı avtomobil ilə davam edirik!
Belə ki, 2023-cü il 16 sentyabradək “Haval həftəsi” adlı kampaniya
çərçivəsində Tam KASKO üzrə “Haval” markalı avtomobili sığortalamaq
istəyən və sığorta haqqı 500 AZN-dən yüksək olan hər kəs 20% xüsusi
endirim qazanacaq.
Kampaniya istehsal ili 2010-cu il və daha yuxarı olan avtomobillərə
şamil ediləcək.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı
məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta
məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/Haval keçidi ilə onlayn
müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin
marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini,
sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət
vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini,
həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi
Facebook (https://www.facebook.com/pasha.insurance/)
və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət
edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta
şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun
üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin
həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən
böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings”
beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin
uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini
"BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin
həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən
böyük sığorta şirkətlərindəndir.