...

Azərbaycanda operator bank modelinin tətbiqinə başlandı

İqtisadiyyat Materials 14 Sentyabr 2023 09:53 (UTC +04:00)
Azərbaycanda operator bank modelinin tətbiqinə başlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib:

"Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən “ABB” ASC-də operator bank müəyyən edilib. Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarına əsasən “Kapital Bank” ASC operator bank olaraq seçilib".

Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti