...

ITFC Azərbaycanda islam maliyyələşdirməsi üzrə sazişin genişləndirilməsi imkanlarını nəzərdən keçirir

İqtisadiyyat Materials 14 Sentyabr 2023 18:18 (UTC +04:00)
ITFC Azərbaycanda islam maliyyələşdirməsi üzrə sazişin genişləndirilməsi imkanlarını  nəzərdən keçirir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda islam maliyyələşdirməsi üzrə sazişin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Trend cümə axşamı xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) qrupuna daxil olan ITFC-nin CEO Hani Salem Sonbol jurnalistlərə deyib.

"İslam maliyyə vasitələrinin tətbiq perspektivlərindən danışarkən əməkdaşlıqda müsbət başlanğıc görürük. Məsələn, "Rabitə Bank"la əməkdaşlıq buna misaldır. Fikrimizcə, bank islam maliyyə məhsullarını fəal şəkildə öyrənərək tətbiq edəcək. Mövcud bankların islam bankçılığı üçün yenidən formalaşması və ya ixtisaslaşmış şöbələrin yaradılması fikrimizcə, qaçınılmazdır, çenki bu maliyyə sisteminin mexanizmi tamamilə mümkündür və regionun ehtiyaclarına cavab verir. Bu addımlar Azərbaycanın və qonşu regionların iqtisadi inkişafı üçün müsbət təsirə malik ola bilər", - o deyib.

Qeyd edək ki, ITFC İslam İnkişaf Bankı (İİB) qrupunun üzvüdür və ticarətin inkişafı məqsədilə yaradılıb.

İİB qrupu Azərbaycanla möhkəm əlaqələrə malikdir və ölkənin sosial-iqtisadi inkişafına yardım etməyə çalışır. Qrup Azərbaycanda təqribən 1,2 milyard dollara dəyərində layihələr həyata keçirir.

Portfelə İİB tərəfindən 956 milyon dollar dəyərində maliyyələşdirmə daxildir. 120,2 milyon dollar Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) tərəfindən təsdiqlənib, 83,4 milyon dollar ITFC-nin ticari əməliyyatları üçün 19,4 milyon dollar isə digər fondlar və İİB qrupun əməliyyatları üçün nəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti