...

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 47 mini keçib

İqtisadiyyat Materials 27 Sentyabr 2023 10:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47 007 borcalana 2 milyard 802,6 milyon manat kredit verib.

Trend xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 377,754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti