...

Bitkoin bahalaşdı

İqtisadiyyat Materials 11 Noyabr 2023 10:30 (UTC +04:00)
Bitkoin bahalaşdı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.

Trend xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti