...

Azərbaycanın Kahramanmaraşda tikinti aparması ilə bağlı saziş təsdiqlənib

İqtisadiyyat Materials 11 Noyabr 2023 11:11 (UTC +04:00)
Azərbaycanın Kahramanmaraşda tikinti aparması ilə bağlı saziş təsdiqlənib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hökumətinin Kahramanmaraş vilayətində yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə “Rəsmi Gazete”də qərar dərc olunub.

Bu əməkdaşlıq Sazişinin məqsədi, Türkiyə Respublikasının Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkən bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikinti layihəsinin icrasının hazırki Saziş əsasında Tərəflərin müəyyən etdiyi şərtlər, habelə Tərəflərin qüvvədə olan milli qanunvericilikləri çərçivəsində əsas prinsipləri tənzimləməkdən ibarətdir.

Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq

Bu vəsait hesabına Azərbaycanın İcraçı Qurumu tərəfindən inşa olunacaq bina və qurğular Türkiyə Respublikası Hökumətinə əvəzsiz olaraq veriləcək.

Layihə, 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində təcili sığınacaq ehtiyacını qarşılayacaq.

Bu Əməkdaşlıq Sazişi çərçivəsində Türkiyə Respublikasının Ətraf Mühit Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Mənzil İnkişafı İdarəsi (TOKİ) Türkiyə tərəfinin İcraçı Qurumu qismində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) isə Azərbaycan tərəfinin İcraçı Qurumu qismində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti