...

İranda sayadan çıxarılan Azərbaycan gəmisi yola düşüb

İqtisadiyyat Materials 18 Noyabr 2023 13:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün İranın Astara limanından çıxdıqdan sonra saya oturan Azərbaycan gəmisi bu gün sayadan çıxarılıb və az öncə Bakının Hövsan limanı istiqamətində yola düşüb.

Trend-in məlumatına görə, bunu İranın Astara limanı idarəsinin müdiri Rza Neməti deyib.

Onun sözlərinə görə, 2,5 min tonluq gəminin yükü neft-kimya maddələri olub.

Liman rəsmisi bildirib ki, ötən sutka ərzində gəminin sayadan çıxarılmasına iki gəmi cəlb edilib.

Gəminin saya oturmasının səbəbi hava şəraitinin qeyri-münasibliyi olub.

Xəbər lenti

Xəbər lenti