...

ASUS ExpertBook B9 OLED – elit biznes noutbuklar arasında yeni zirvə

İqtisadiyyat Materials 6 Dekabr 2023 11:21 (UTC +04:00)
ASUS ExpertBook B9 OLED – elit biznes noutbuklar arasında yeni zirvə

Bakı. Trend:

İstifadəçilərinə komfortlu rəqəmsal həyatla təmin edən ASUS daha bir yenilik - elit biznes noutbuklar arasında yeni zirvə olan ASUS ExpertBook B9 OLED noutbukunu təqdim edib.

Yeni noutbukun korpusu maqnezium-litium ərintisindən hazırlanıb. Bu isə öz növbəsində ona çəkidə yüngüllük, möhkəmlik və möhtəşəm görüntü verir. Noutbukun çəkisi cəmi 990 qramdır.

ExpertBook B9 OLED noutbukunun daxili Intel Core i7-1355U prosessoruna 2 yüksək performanslı və 8 enerjiyə qənaət edən nüvə daxildir. Bu, dinamik yük paylanması, yüksək performans və akkumulyatorun enerjisindən daha effektiv istifadəni təmin edir. Noutbuklar həm də 64 GB-dək son nəsil LPDDR5X-7500 operativ yaddaşla təchiz olunub.

Noutbuk dəqiq rəng ötürməsi və möhtəşəm kontrasta malik, zərif ekran çərçivəli OLED displeylə təchiz olunub. 16:10 formatı daha çox ekran sahəsini təmin edir.

OLED displeyə malik ASUS noutbuklarında rənglər adi noutbuklarla müqayisədə daha dolğun görünür. ASUS noutbukundakı OLED displeylər yüksək dərəcədə dəqiq rəng ötürməsinə görə Pantone sertifikatına malikdir. Bu noutbuklar həm də DCI-P3 məkanının 100%-ni təşkil edən kinematoqraf rəng çalarları sayəsində istifadəçilərə olduqca detallı və rəngli təsvirlər təklif edir.

ExpertBook B9 OLED istər foto və videomaterialların redaktə olunması, istərsə də müxtəlif multimedia məzmununa baxmaq üçün olduqca uyğundur.

ExpertBook B9 OLED noutbukunun veb-kamerası süni intellekt texnologiyasından istifadə edir ki, bu da istənilən şərait və vəziyyətdə videokonfransların əla keyfiyyətinə zəmanət verir. Misal üçün, o avtomatik olaraq istifadəçinin üzünü mərkəzdə yerləşdirə və gözlərin fokusuna uyğunlaşa bilir: ünsiyyət zamanı kameranın vəziyyətini dəyişməyə ehtiyac olmayacaq.

Həm daxil olan, həm də çıxan audiosiqnalları kənar səslərdən təmizləyərək yaxşılaşdırmaqla səs əlaqəsinin keyfiyyətini artırmağa imkan verən səs-küy azaldan texnologiya da süni intellektə əsaslanıb.

ASUS yeni modelində həmçinin etibarlıq və təhlükəsizliyə xüsusi diqqət yetirib. vPro texnologiyalı prosessor cihazın kibermüdafiəsini dəstəkləyir və korporativ rəqəmsal infrastruktur çərçivəsində müdafiə olunan distant idarəetmə üçün etibarlı vasitələr təmin edir. Noutbukda şifrə daxil etmədən istifadəçini üzündən tanıyan adaptiv bloklama - AdaptiveLock tətbiq olunub. Bu, daxili infraqırmızı kamera sayəsində mümkündür. Həmçinin, əməliyyat sistemində sürətli və rahat autentifikasiya üçün barmaq izi skaneri mövcuddur.

Məlum olduğu kimi, ASUS ətraf mühitin qayğısına qalır və öz noutbuklarında bunu tədricən vurğulayır. Buraya noutbukun istehsal prosesi, materiallar, tamamlama işləri və hətta qablaşdırma daxildir – bütün bunların hazırlanmasında ətraf mühitin mühafizəsi nəzərə alınır.

Yeni ExpertBook B9 OLED noutbuku haqlı olaraq ən ekoloji noutbuk modellərindən biri hesab edilir. Noutbukun istehsalında tətbiq olunan Thixomolding texnologiyası sayəsində material sərfiyyatı (29 faizədək) və ümumi hazırlama vaxtı (75 faizədək) azalıb. ExpertBook B9 OLED-in təmirə yararlılıq indeksi 10 üzərindən 8,2-dir. Bu isə o deməkdir ki, noutbuk ətraf mühitə olduqca cüzi təsir göstərir. Bütün bunlarla yanaşı, noutbuk həm də daha az (EnergyStar 8 standartından 44 faiz az) enerji sərf edir.

B9 ExpertBook seriyasının flaqmanı hesab edilir. Sinfinin ən yaxşısı olan bu noutbuk özündə yüksək dərəcədə etibarlılıqla geniş çeşidli məlumat təhlükəsizliyi vasitələrini birləşdirir. Noutbuk yüngül çəkisi və rahat dizaynı sayəsində yüksək dərəcəli performansla yanaşı, həm də mobil və istifadədə rahatdır.

Ekoloji konstruksiyası, möhtəşəm OLED displeyi, süni intellekt əsaslı kamerası, müasir prosessoru və aparıcı kubermüdafiə vasitələri cihazı ətraf mühitə dəyər verən və qayğısına qalan korporativ istifadəçilər və səyahət edən peşəkarlar üçün ideal seçimə çevirir.

ASUS noutbukların istehlak bazarında aparıcı şirkətlərdən biridir. ASUS-un populyar modellərini distribüterlərdə hər zaman tapa bilərsiniz. Bundan başqa, istədiyiniz zaman xüsusi konfiqurasiyalı ASUS noutbuklarını sifariş verə bilərsiniz. Servis mərkəzlərinin geniş şəbəkəsi isə noutbukunuzla bağlı istənilən çətin vəziyyətdə sizə kömək edəcək.

ASUS müsəssiələr, kiçik və orta biznes, eləcə də müxtəlif sahələrdə məlumat emalı mərkəzləri üçün rahat, adaptasiya olunmuş, təhlükəsiz və sərfəli həllər təmin etməyə çalışır.

Şirkət biznesin effektiv idarə olunması və təhlükəsizliyi üçün xüsusi vasitələr işləyib hazırlayıb. ASUS Business Manager V3.0 administratora verilənlər, veb-saytlar və sistem parametrlərinə çıxış imkanını idarə etmək imkanı verir.

ASUS ControlCenter isə öz növbəsində mərkəzləşdirilmiş İT idarəetməsi üçün tamamilə yeni proqram təminatı olmaqla, ASUS serverləri, noutbukları, masaüstü kompüterləri, monoblokları və hətta rəqəmsal lövhələrini izləməyə və nəzarət etməyə imkan verir.

ASUS ExpertBook B9 OLED-i ASUS-un Azərbaycandakı rəsmi distribyutorunun saytında əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti