...

PAŞA Sığorta “Yeni il fürsəti – 24 %” kampaniyasına start verib!

İqtisadiyyat Materials 6 Dekabr 2023 19:03 (UTC +04:00)
PAŞA Sığorta “Yeni il fürsəti – 24 %” kampaniyasına start verib!

Bakı. Trend:

Bayram sevincinizə endirim kampaniyaları ilə daha da sevinc qatan PAŞA Sığorta “Yeni il fürsəti-24 %” adlı endirim kampaniyasını elan edir. Belə ki, kampaniya çərçivəsində sığorta haqqı 500 AZN və daha yüksək məbləğli fərdi müştərilər Tam KASKO sığortasına 24 % endirim əldə edəcək.

Qeyd edilir ki, kampaniya çərçivəsində endirim yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən fərdi müştərilərə şamil olunur.

“Yeni il fürsəti-24 %” kampaniyasından yararlanmaq, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/pwPcc8VQ keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti