...

Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri dəfələrlə ARTIB

İqtisadiyyat Materials 19 Dekabr 2023 14:23 (UTC +04:00)
Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri dəfələrlə ARTIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 3 923 216,05 min kVt-saat elektrik enerjisi ixrac edib.

Trend-in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,7 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə ixrac edilən elektrik enerjisinin dəyəri 379 300,09 min ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 5,8 dəfə çoxdur. Hesabat dövründə elektrik enerjisinin ümumi qeyri-neft sektoru üzrə ixracda payı 12,5% təşkil edib.

Qeyd edək ki, bu göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan elektrik enerjisinə dair məlumatlar nəzərə alınaraq hesablanıb.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il Azərbaycanda 24 090,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti