Bakı. Trend:
Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında deyib.
"Bu konfrans təkcə Azərbaycan üçün deyil, bütün region üçün ilk olacaq. Konfransın 2024-cü ilin sentyabr ayında keçirilməsi planlaşdırılır", - o deyib.
Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.
Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)