...

“FINCA Azerbaijan” 2023-cü il nəticələrinə əsasən artım nümayiş etdirib

İqtisadiyyat Materials 22 Fevral 2024 10:54 (UTC +04:00)
“FINCA Azerbaijan” 2023-cü il nəticələrinə əsasən artım nümayiş etdirib

Bakı. Trend:

2023-cü il ərzində qabaqcıl maliyyə potensialı nümayiş etdirən “FINCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) müştərilərinin və icmalarının həyatına davamlı müsbət təsirlər göstərmək missiyasından irəli gələrək mikromaliyyə sənayesində yüksək standartları qarşısına hədəf qoymağa davam etmiş, kredit portfelində 22% əhəmiyyətli artıma nail olaraq 64 milyon AZN-ə çatmışdır.

Təşkilat müştəri bazasında 20% davamlı artıma nail olmuşdur. Bu da öz növbəsində “FINCA Azerbaijan” BOKT-ın artan müştəri sferasının müxtəlif maliyyə ehtiyaclarını ödəmək qabiliyyətini bir daha təsdiqləmişdir. Regional inkişafın dəstəklənməsinə diqqət yetirən, Azərbaycanın aparıcı mikrokreditoru bu artıma qadın sahibkarlara və rayon əhalisinə yönəlmiş yeni kredit məhsullarını uğurla tətbiq etməklə nail olmuşdur. Bu məhsullar müştərilərin daha geniş seqmenti üçün maliyyə çıxışı əldə etmək məqsədilə yeni imkanlar təqdim etməyə kömək etdi və təşkilatın inklüziv maliyyə xidmətlərinə sadiqliyini daha da gücləndirdi.

Şirkət qabaqcıl avtomatlaşdırma və mərkəzləşdirilmiş satış və sahə əməliyyatlarında təkmilləşdirmələr vasitəsilə əməliyyat səmərəliliyinin və xərclərin səmərəliliyinin artırılmasına diqqət yetirərək biznes proseslərini optimallaşdırmaq səylərini inkişaf etdirmişdir. Bu təşəbbüslər “FINCA Azerbaijan” BOKT-ın 2023-cü ildə əvvəlki illə müqayisədə 32,2% artımla 4,6 milyon manat mənfəət əldə etməsinə töhfə verib.

Bu nailiyyətləri şərh edən “FINCA Azerbaijan” BOKT-ın Baş İcraçı Direktoru Timoti Tarrant bildirir: “Kredit məhsullarımıza müsbət reaksiya verilməsi bizi sevindirir. İlk istiqrazımızın uğurla ödənilməsi, strateji tərəfdaşlıqlar və davamlı təşəbbüslərlə birlikdə məsuliyyətli maliyyə və müştəri məmnuniyyətinə olan sarsılmaz öhdəliyimizi əks etdirir. Əlavə məhsul innovasiyalarını tətbiq etməklə 2024-cü ildə 20% artım əldə etməyi planlaşdırır, texnologiyaya sərmayə qoymağa və diqqəti kənd ev təsərrüfatlarına və fermer icmalarına maliyyə dəstəyinin genişləndirilməsinə yönəltməyə davam edirik.”

Son bir il ərzində “FINCA Azerbaijan” BOKT müştəri xidmətlərini təkmilləşdirmək üçün fəal işləyir. Buraya yeni rəqəmsal kommunikasiya vasitələrinin tətbiqi və müştərilərin ən yüksək səviyyədə xidmət almasını təmin etmək üçün davamlı təlim və inkişaf proqramı daxildir. Təşkilat, həmçinin müştərilərin maliyyə savadlılığı və bacarıqlarını artırmaq və müştərilərin uzunmüddətli maliyyə rifahına töhfə vermək öhdəliyini bir daha təsdiqləmək üçün müştərilərin maarifləndirilməsi fəaliyyətinə uğurla yenidən başladı.

“FINCA Azerbaijan” BOKT haqqında

“FINCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” BOKT “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Bank olmayan kredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün *2525 çağrı mərkəzinə, finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti