...

Azərbaycanda ipoteka kreditlərinin sayı ARTIB

İqtisadiyyat Materials 5 Mart 2024 16:36 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditlərinin sayı ARTIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 faiz artım qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Hesabata əsasən, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.

Bununla yanaşı 2023-cü ildə Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilmə mexanizmi ilə 1 429 müqavilə rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti