...

Azərbaycan fevralda OPEC kvotasını 86 % istifadə edib

İqtisadiyyat Materials 13 Mart 2024 11:11 (UTC +04:00)
Azərbaycan fevralda OPEC kvotasını 86 % istifadə edib

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.

Trend-in Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,39 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti