...

Macarıstan aprelin 1-dən Türkiyədən qaz alacaq

İqtisadiyyat Materials 27 Mart 2024 11:24 (UTC +04:00)
Macarıstan aprelin 1-dən Türkiyədən qaz alacaq
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan aprelin 1-dən Türkiyədən təbii qaz almağa başlayacaq və Türkiyənin qonşularından başqa ondan qaz ixrac edən ilk dövlət olacaq.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Soçidə keçirilən "Atomexpo - 2024" zamanı danışıqlardan sonra deyib.

Qeyd edək ki, bu yaxınlarda Macarıstan və Türkiyə 2024-cü ilin 2-ci və 3-cü rüblərində 275 milyon kubmetr Türkiyə qazının tədarükü barədə saziş imzalayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti