...

Dövlət təşkilatlarında yol verilən əsas maliyyə pozuntuları açıqlandı

İqtisadiyyat Materials 8 Aprel 2024 11:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə 27 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Bu sahə üzrə daha çox rast gəlinən nöqsanlar kimi "Büdcə sistemi haqqında", həmçinin, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunlarının, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, xərc normativlərinə və prosedurlara əməl olunmamasını göstərmək olar.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2023-cü il üzrə hesabatında deyilir.

Qeyd edilir ki, uyğunluq auditlərinin nəticələri 23 auditdə büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyini göstərir. Nöqsanların əhəmiyyətli hissəsi qurumlar tərəfindən proqnozlaşdırma və planlaşdırma işinə lazımi diqqətin ayrılmadığını göstərir. Belə ki, dövlət vəsaitinə tələbat düzgün müəyyənləşdirilməyib, nəticədə vəsaitə tələbat il ərzində dəfələrlə dəyişdirilmiş, vəsait təyinatı üzrə istifadə edilməyib, büdcə vəsaiti bank hesablarında istifadəsiz qalmış, ilin sonunda vəsaitlər akkreditiv hesablara yönəldilib.

Bunlarla yanaşı, büdcədənkənar fəaliyyət üzrə gəlir potensialından tam istifadə olunmayıb. Yığım və digər daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid edilməyib, smetada nəzərdə tutulmadığı halda digər maddələr hesabına xərc maliyyələşdirilib, Vahid Büdcə Təsnifatı tələblərinə əməl olunmamış qalıq vəsaitlər dövlət büdcəsinə ümumiyyətlə və ya vaxtında qaytarılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti