...

BVF-in yaz iclaslarının ikinci günü: dünya iqtisadiyyatı və maliyyə sabitliyinin perspektivləri müzakirə olunur

İqtisadiyyat Materials 16 Aprel 2024 17:05 (UTC +04:00)
BVF-in yaz iclaslarının ikinci günü: dünya iqtisadiyyatı və maliyyə sabitliyinin perspektivləri müzakirə olunur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) yaz iclaslarının ikinci günü keçirilən tədbirlərdə qlobal iqtisadiyyata təsir göstərən mühüm məsələlər müzakirə olunur.

Trend bu barədə tədbirin keçirildiyi yerdən xəbər verir.

Beləliklə, Dünya İqtisadiyyatının Perspektivlərinin hesabatı ilə bağlı müzakirələr çərçivəsində BVF-in Tədqiqat Departamentindən Pyer-Olivye Qurinşa, Petya Koyeva-Bruks və Daniel Li hazırki iqtisadi vəziyyətdən bəhs edəcək.

Bundan başqa, Qlobal Maliyyə Dayanıqlılığı haqqında Hesabatın təqdimatında BVF-in Pul-Kredit Əməliyyatları və Kapital Bazarları Departamentində Tobias Adrian, Fabio Nataluççi və Ceyson Vu maliyyə dayanıqlılığı ilə bağlı aktual məsələləri nəzərdən keçirəcək.

G24 ölkələri qrupunun nümayəndələri ayrı-ayrı sessiyada beynəlxalq iqtisadi əməkdaşlıq və maliyyə sahəsində idarəetmə məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti