...

Dünya Bankı Orta Dəhlizlə bağlı problemlərin həlli üçün fəal işləyir

İqtisadiyyat Materials 23 May 2024 03:07 (UTC +04:00)
Dünya Bankı Orta Dəhlizlə bağlı problemlərin həlli üçün fəal işləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Orta Dəhlizlə bağlı problemlərin müəyyən edilməsi və həlli istiqamətində fəal işləyir.

Trend xəbər verir ki, bunu infrastruktur üzrə aparıcı mütəxəssis, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə proqramının rəhbəri Vinni Vanq Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin (CPC) təşkilatçılığı ilə keçirilən VIII Transxəzər Forumu zamanı deyib.

"Dünya Bankı Orta Dəhlizlə bağlı həlləri müəyyən etmək üçün bir sıra regional və qlobal monitorinq alətlərindən istifadə edib. Biz prioritet investisiyaların dəyərini təqribən 7 milyard dollar olaraq qiymətləndiririk", - deyə o bildirib.

O əlavə edib ki, bu yeni dəhlizin inkişafı logistika və siyasət koordinasiyası tələb edəcək.

"Orta Dəhlizin müəyyənedici xüsusiyyətlərindən biri onun multimodal xarakteridir. Bu maneə sistemin bütün elementlərindən istifadə etmək fürsətinə çevrilə bilər", - deyə Vanq bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti