...

VTB (Azərbaycan) depozitlər üzrə gəlirliliyi artırıb

İqtisadiyyat Materials 29 May 2024 11:14 (UTC +04:00)
VTB (Azərbaycan) depozitlər üzrə gəlirliliyi artırıb

Bakı. Trend:

VTB (Azərbaycan) iki depozit üzrə gəlirliliyi 1-8 faiz bəndi artırıb. “Sərfəli” əmanəti üzrə maksimal gəlir 6 ay müddətinə yerləşdirildikdə illik 12%, “Avans” üzrə isə 18 ay müddətinə yerləşdirildikdə illik 11% təşkil edəcək.

“Avans” depozitini milli valyutada 12 aydan 36 aya qədər müddətə, “Sərfəli” əmanətini isə 3 valyutada 3 aydan 36 aya qədər açmaq olar. Hər iki depozitə vəsaitin əlavə edilməsi mümkün deyil.

"Klassik əmanətlər pərakəndə müştərilər arasında populyar olmaqda davam edir. Buna bankların əmanətçilərinə təklif etdiyi ikirəqəmli gəlirlilik faiz dərəcələri təsir edir. 2024-cü ilin birinci rübünün yekunlarına görə, bankımızın fiziki şəxslər üzrə əmanət portfeli 51,5 mln manata çatıb. “Avans” depoziti də müştərilər arasında üstündür, çünki onların yay və tətil mövsümündən əvvəl əlavə vəsaitlərə ehtiyacları vardır ", - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti