...

Braziliya Rusiyadan neftin milli valyutalarla ödənilməsi imkanlarını araşdırır

İqtisadiyyat Materials 12 İyun 2024 07:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya Rusiyadan idxal etdiyi neft və qaz üçün ödənişlərdə milli valyutalardan istifadə imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə Braziliya xarici işlər naziri Mauro Vieyra bildirib.

"Braziliya və Rusiya Federasiyası arasında milli valyutalarda ödənişlər hələ həyata keçirilməyib, lakin bu imkan araşdırılır. Braziliyaya Rusiya idxalına, Rusiyaya isə bizim mallara görə ödəniş etməyə imkan verəcək bu mexanizm hələ də maliyyə naziri ilə müzakirə olunacaq", - deyə nazir qeyd edib.

O əlavə edib ki, beləliklə, Braziliya şirkətləri Rusiya Federasiyasından qaz və neftin ödənişini milli valyuta mexanizmi ilə həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti