...

Türkiyədə xaricdən sifarişlərə görə rüsum kəskin artırıldı

İqtisadiyyat Materials 6 Avqust 2024 10:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə xaricdən sifarişlərə görə ödənilən rüsumlar kəskin artırılıb.

Trend xəbər verir ki, yeni qaydalara əsasən, xaricdən sifariş limiti 30 avroya endirilib.

30 avrodan yuxarı əşya və 1500 avrodan yuxarı dərman məhsullarının sifarişlərinə də rüsum tətbiq ediləcək.

Beləki, bu sifarişlər Avropa ölkələrindən edilərsə, sifariş edilən məhsulun 30 faizi dəyərində, digər ölkələrdən edilərsə məhsulun 60 faizi dəyərində rüsum ödəmək lazım olacaq.

Qərar 20 avqustdan qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti