...

BOKT-un vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildi

İqtisadiyyat Materials 30 Avqust 2024 10:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, AMB tərəfindən cari nəzarət prosesləri çərçivəsində BOKT-də pozuntular aşkar edilib.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti