...

Avrasiya Forumu çərçivəsində memorandumlar imzalanıb (FOTO)

İqtisadiyyat Materials 19 Sentyabr 2024 16:30 (UTC +04:00)
Avrasiya Forumu çərçivəsində memorandumlar imzalanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda baş tutan Avrasiya Forumu çərçivəsində memorandumlar imzalanıb.

Trend xəbər verir ki, 1-ci memorandum Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın dövlət maliyyə və mühasibat İnstitutu arasında imzalanıb.

Memorandum CIPFA (Çarter dövlət maliyyə və mühasibat İnstitutu) imtahanlarının azad edilməsinə səbəb olan ixtisasların tanınmasına və CPFA ixtisasına nail olmaq üçün təcrübənin yaradılmasına, tərəflər arasında qarşılıqlı dəstəyə, təcrübə mübadiləsinə və CPD (Davamlı Peşə İnkişafı) proqramları vasitəsilə bacarıqların inkişafına yönəlib.

2-ci memorandum Rumıniyanın Maliyyə Auditorları Palatası (CAFR) ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında imzalanıb.

Bu memorandum, milli iqtisadi mühitdə audit və mühasibat peşələrinin inkişafını təşviq etməyə yönəlib. Tərəflər, maliyyə hesabatlığının yaxşılaşdırılması üçün beynəlxalq mühasibat və audit standartlarının təşviqinə dəstək verəcəklər.

3-cü memorandum Monteneqro Mühasiblər və Auditorlar İnstitutu (IAAM) ilə APFM arasında imzalanıb.

Burada mühasibat və audit peşələrinin inkişafına, beynəlxalq maliyyə hesabatlığı standartlarının təşviqinə diqqət yetirilir. Tərəflər, professional inkişafla bağlı qarşılıqlı dəstək göstərəcəklər.

4-cü memorandum Özbəkistan Auditorları Palatası ilə APFM arasında imzalanıb.

Bu memorandum, 2 ölkədə mühasibat və audit peşələrinin inkişafını gücləndirmək və beynəlxalq audit və maliyyə hesabatlığı standartlarının təşviqini hədəfləyir. Tərəflər, təşkilatların üzvlərinin professional inkişafını dəstəkləməyə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti