...

COP for Hope: BMT 2025-ci ildən etibarən İqlim Həftələrini yenidən keçirəcək - Saymon Stil

İqtisadiyyat Materials 11 Noyabr 2024 12:00 (UTC +04:00)
COP for Hope: BMT 2025-ci ildən etibarən İqlim Həftələrini yenidən keçirəcək - Saymon Stil
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

2025-ci ildən etibarən İqlim Həftələri yenidən keçiriləcək və bu tədbirlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) prosesləri və məqsədləri ilə daha sıx bağlı olacaq.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışında bildirib.

“2025-ci ildən etibarən İqlim Həftələrini yenidən keçirəcəyik və onları prosesimiz və gözlədiyimiz nəticələrlə əlaqələndirəcəyik”, - o qeyd edib.

S.Stil iqlim dəyişikliklərinin təsirinə ən çox məruz qalan ölkələr üçün yeni maliyyə və texniki dəstək mexanizmlərinin gücləndirilməsinin və şəffaflığın vacibliyini vurğulayıb.

“Biz itkilər və zərərlər üçün dəstək mexanizmlərini təkmilləşdirməyə davam etməliyik. Qərarları qaranlıqda qəbul edə bilmərik. Bu il yayımlanacaq 2 illik şəffaflıq hesabatları əldə edilən irəliləyiş və aradan qaldırılması lazım olan boşluqlar barədə bizə aydın təsəvvür verəcək”, - o bildirib.

2024-cü ildə ölkələr öz 3-cü Milli iqlim planlarını (NDC) təqdim edəcəklər. Onların hazırlanmasını dəstəkləmək üçün UNFCCC iqlim planları üzrə yeni Kampaniya başlatmağı planlaşdırır və bu, bütün maraqlı tərəfləri səfərbər etmək məqsədi daşıyır.

“Bu təşəbbüs BMT Baş katibliyinin səylərinə və COP-un yeni Braziliya sədrliyinə uyğun olacaq. Biz mövcud resurslarla yorulmadan işləməyə davam edəcəyik və artan tələblərin qarşılanması üçün hansı maliyyənin lazım olduğunu aydın şəkildə müəyyən edəcəyik”, - o əlavə edib.

O, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli bir irəliləyiş olduğunu qeyd edib, lakin COP29-da sonrakı prosesin vacibliyini də vurğulayıb.

"Anın əhəmiyyətini dərk edərək, tərəflər qətiyyətli və yaradıcı olmalıdır. Burada, COP29-da, bu məqsədə nail olmaq və nəticə əldə etmək üçün bizə bütün tərəflərin ilk başdan razılığa gəlmələri lazımdır", - o bütün tərəfləri qətiyyətli hərəkətlərə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti