...

İKZF sığortaçı seçir

İqtisadiyyat Materials 30 Noyabr 2024 18:00 (UTC +04:00)
İKZF sığortaçı seçir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əməkdaşlarını sığortalayacaq şirkət axtarır.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı fond tender elan edib.

Məlumata görə, İKZF əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından 3 illik icbari sığortalanması həyata keçiriləcək.

İddiaçılar təkliflərini dekabrın 26-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Fond sözügedən işlərin icrasının 37.728,00 AZN-ə (37 min 728 manat) başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq illik əmək haqqı fondu 5 940000 AZN olan 150 nəfər işçinin sığortalanması nəzərdə tutulub. 131 nəfər qulluqçu vəzifəsi üzrə illik əmək haqqı fondu 5592000 AZN, 19 nəfər fəhlə peşəsi üzrə illik əmək haqqı fondu 348000 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti