Bakı. Trend:
Dekabrın 3-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, hərracda tələb 71,8 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.