Bakı.Trend:
Bakı-Balakən qatarının işə salınmasına sayılı günlər qalıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yaxın günlərdə ilk qatarın fəaliyyətə başlamasının tarixi açıqlanacaq.
"Bir sıra işlər tamamlanıb. İnfrastruktur hazırlığı bitib", - sədr əlavə edib.