Bakı. Trend:
Kürdəmir rayonunda Aşağı Şirvan Kollektorunun üzərində yerləşən hidrometrik postun əsaslı təmiri işlərinə başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, söhbət PK680+00 hidrometrik postundan gedir.
Belə ki, artıq bununla bağlı Mil-Qarabağ və Aşağı Şirvan Kollektorların İstismarı İdarəsi müvafiq işləri yekunlaşdırıb.
İdarə sözügedən işlərin icrasını "MRB Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, hidrometrik postun əsaslı təmiri idarəyə 31 min manata başa gələcək.
Qeyd edək ki, sözügedən hidrometrik postda əsaslı təmir işlərini aparacaq “MRB Construction" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Yaqubov Yasəf Elburus oğludur.