...

Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 11:51 (UTC +04:00)
Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Səngəçal terminalından 225 milyon barel neft və kondensat ixrac edilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 5 milyon barel və ya 2,2% azdır. Belə ki, 2023-cü ildə Səngəçal terminalından 230 milyon barel neft və kondensat ixrac edilib.

Ötən il ixrac edilən neft və kondensatın 224 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.

Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti