...

Ötən ay AÇG-dən hasil edilən neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 16:10 (UTC +04:00)
Ötən ay AÇG-dən hasil edilən neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azəri-Çıraq-Günəşli yatağından 1,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 7,1% azdır. Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 1,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barrel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti