...

Naxçıvanda qeyri-dövlət sektoru üzrə bağlanmış əmək müqavilələrinin sayı 73%-ə yaxın artıb

İqtisadiyyat Materials 17 Fevral 2025 16:46 (UTC +04:00)
Naxçıvanda qeyri-dövlət sektoru üzrə bağlanmış əmək müqavilələrinin sayı 73%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında əvvəlki dövrlə müqayisədə 72,8% artım qeydə alınıb.

Bu barədə Trend-ə muxtar respublikanın iqtisadiyyat nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3%, aktiv VÖEN-lərin sayı 71,4%, aktiv obyektlərin sayı isə 19,7% artıb.

Məlumata görə, 2023-cü ildə muxtar respublikada 6263 yeni Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) qeydiyyata alınıbsa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb. Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7% artım deməkdir.

“Vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti