Bakı. Trend:
Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi ötən il 455 milyon manat ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 174 milyon dollar (62%), 2022-ci illə müqayisədə isə 316 milyon dollar (3,3 dəfə) çoxdur.
Belə ki, daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi 2023-cü ildə 281 milyon dollar, 2022-ci ildə isə 139 milyon dollar olub.