...

Gürcüstan Azərbaycandan qeyri-neft məhsulları alışını 6%-ə yaxın artırıb

İqtisadiyyat Materials 20 Fevral 2025 12:05 (UTC +04:00)
Gürcüstan Azərbaycandan qeyri-neft məhsulları alışını 6%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 26,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 5,5% çoxdur. Hesabat dövründə Gürcüstana qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 10,77%-ni təşkil edib.

Eyni zamanda, cari ilin fevralında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 73,1 milyon ABŞ dolları olub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,4 milyon ABŞ dolları və ya 3,4% çoxdur.

Hesabat ayında Azərbaycandan Gürcüstana 64,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 761 min ABŞ dolları və ya 1,2% azdır.

Fevralda Azərbaycan Gürcüstandan məhsul idxalını illik müqayisədə 3,1 milyon ABŞ dolları və ya 58,7% artıraraq 8,5 milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti