Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% çoxdur.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta ödənişlərində ən çox artım olan şirkət “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Belə ki, şirkət 1,9 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 160% və ya 2,6 dəfə artım deməkdir.
Ötən ay sığorta ödənişləri ən çox azalan şirkət “İpəkyolu Sığorta” ASC olub. Bu şirkət 2 min manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 33,5 dəfə az deməkdir.
Ötən ay üzrə sığorta ödənişlərinin dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkətlər | 2025-yanvar | 2024-yanvar | İllik dinamika, % |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 1 869 | 719 | 160 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 973 | 404 | 140,8 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 2 768 | 1,343 | 106,1 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 159 | 98 | 62,2 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 25 572 | 17,791 | 43,7 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 1 174 | 882 | 33,1 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 359 | 278 | 29,1 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 3 712 | 3,477 | 6,8 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 8 777 | 8,482 | 3,5 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 907 | 877 | 3,4 |
Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti | 22 | 30 | - 26,7 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 605 | 910 | - 33,5 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 568 | 899 | - 36,8 |
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 40 | 254 | - 6,3 dəfə |
“İpək Yolu Sığorta” ASC | 2 | 67 | - 33,5 dəfə |