Bakı. Trend:
Bu ildən etibarən İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə süni intellekt texnologiyası tətbiq ediləcək.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.
"Gün ərzində hər nə qədər zəng gəlsə, bu texnologiya imkan verəcək ki, həmin zənglər təhlil edilsin. Çünki insanların fiziki cəhətdən bunu anında təhlil edib cavablandırması bir az vaxtı uzadırdı", - o bildirib.