...

Ötən il 2200-dən çox qurum arasında sənəd dövriyyəsi tamamilə rəqəmsallaşdırılaraq kağızsız həyata keçirilib

İqtisadiyyat Materials 5 Mart 2025 13:09 (UTC +04:00)
Ötən il 2200-dən çox qurum arasında sənəd dövriyyəsi tamamilə rəqəmsallaşdırılaraq kağızsız həyata keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildə bütün dövlət qurumlarının Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiyası təmin edilib. Hazırda 2200-dən çox qurum bu sistemə qoşulub.

Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsal hökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü il göstəricilərinə istinadən xəbər verir.

Bildirilib ki, sənəd mübadiləsi ayda 1 milyondan çox vərəqənin istifadəsinə qənaət edilməsinə imkan yaradır ki, bu da illik təxminən 2 min ağacın qorunması deməkdir: "Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi artıb.

"digital.bridge" - Milli Məlumat Mübadiləsi sistemi aparılan əməliyyatların sayı ilə nəzərəçarpacaq dərəcədə yüksəliş göstərib. 2022-ci illə müqayisədə 120%, 2023-cü illə müqayisədə 51% artım qeydə alınıb. Sistemə 150-dən çox informasiya sistemi, 70-dən çox dövlət qurumu inteqrasiya olunub. Həyata keçirilən məlumat mübadilələri il ərzində təxminən 10 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti