Bakı. Trend:
Azərbaycanın bir sıra rayonlarında ayrı-ayrı kəndlər üzrə mövcud su şəbəkələri genişləndiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidməti müvafiq işlərə start verib.
Məlumata əsasən, mövcud su şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, sayğacların quraşdırılması işləri də aparılacaq.
Sözügedən işlər Azərbaycanın 18 rayonu üzrə 39 kəndini əhatə edəcək.
Belə ki, qurum artıq qeyd olunan işlərin yerinə yetirilməsi məqsədilə tələb olunan polietilen boruların alınması ilə bağlı tender elan edib.
Dövlət xidməti sözügedən işlərin icrasının 895,5 min manata başa gələcəyini proqnozlaşdırıb.