Bakı. Trend:
Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) “Algoritma” MMC-yə və “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
Trend-in məlumatına görə, ötən həftə aparılan hesablamalara görə, cari ilin yanvar ayında Azərbaycanda qeyri-istehsal və xidmət sahələrinə verilən biznes kreditlərinin həcmi açıqlanıb. Həmçinin, qeyri-həyat sığortası üzrə ödənişlər azalıb. Həyat və əmlak sığortası üzrə ödənişlər artıb. Kredit sığortası üzrə ödənişlər isə 80%-ə yaxın artıb.
Bunlarla yanaşı, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərin həcmi açıqlanıb. Tibbi sığorta üzrə yığımlar artıb, ödənişlər azalıb. Mülki məsuliyyətin sığortası üzrə ödənişlər 2,5 dəfə artıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb, pul bazası azalıb.
Azərbaycanda icbari sığorta bazarı 11%, könüllü sığorta bazarı 20%-ə yaxın böyüyüb.
Ötən həftə məlum olub ki, fevral ayında dövlət büdcəsinin gəlir və xərcləri tam həcmdə və vaxtında icra olunub.
Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi 70 milyard manatı ötüb.
Keçən həftə AMB "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimələyib.
Ötən həftə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) müəyyən göstəriciləri açıqlayıb. Açıqlamalara görə, Fondun yarandığı tarixdən ötən ilin sonunadək toplam gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. ARDNF-nin bu il üzrə investisiya siyasəti və bölgüləri açıqlanıb. Fondun bu il üçün neftdən gəlirlik proqnozu məlum olub.
Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb ki, qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Azərbaycanda bank və telekommunikasiya sektorunda müştərilərə təhlükəsizlik üzrə əlavə zəmanətlər veriləcək.
Həmçinin keçən həftə Azərbaycanda ipoteka kreditlərinin maksimum məbləğinin 50 min manat artırılması təklif olunub.
AMB əmlakının qiymətləndirilməsi üçün tender elan edib.
AMB-nin bank və BOKT-lara xalis tələbləri artıb.
AMB ilə Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
D-8 ölkələrinin Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməsi təklif edilib.
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb.