...

Yanvarda qeyri-həyat sığortası üzrə ödənişlər azalıb

İqtisadiyyat Materials 3 Mart 2025 10:56 (UTC +04:00)
Yanvarda qeyri-həyat sığortası üzrə ödənişlər azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Baki. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta haqları 85 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 milyon manat və ya 8,8% çoxdur.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta haqqları 78,1 milyon manat olub.

Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 8,4 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 557 min manat, yaxud da 6,2% azdır. 2024-cü ilin ilk ayında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 9 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ay bu sığorta sinifi yığılmış 100 manat sığorta haqqı üçün 10 manat sığorta ödənişi edilib ki, bu da, ötən ilin eyni dövründən 1,5 manat azdır. Ötən ilin ilk ayında bu məbləğ 11,5 manat idi.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti