Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən mülki məsuliyyətin sığortası üzrə 2 min manat sığorta ödənişi edilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 min manat, yaxud da 2,5 dəfə çoxdur. Belə ki, 2024-cü ilin ilk ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən mülki məsuliyyətin sığortası üzrə 0,8 min manat sığorta ödənişi edilib.
Yanvarda bu sığorta sinifi üzrə toplanmış sığorta haqqlarının həcmi isə 2,5 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1,3 milyon manat və ya 33% azdır. Ötən ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən mülki məsuliyyətin sığortası üzrə 3,8 milyon manat sığorta haqqları toplanıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.