...

Kredit sığortası üzrə ödənişlər 80%-ə yaxın artıb

İqtisadiyyat Materials 4 Mart 2025 11:32 (UTC +04:00)
Kredit sığortası üzrə ödənişlər 80%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqqlarının həcmi 495 min manat təşil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 min manat və ya 9,4% çoxdur. Belə ki, ötən ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqqlarının həcmi 452,7 min manat olub.

Ötən ay bu sığorta sinifi üzrə sığorta ödənişlərinin həcmi 5 min manat olub ki, bu da, illik müqayisədə 78,6% çoxdur. 2024-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə ödənilmiş sığorta ödənişlərinin həcmi 2,8 min manat idi.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti