...

Tibbi sığorta üzrə yığımlar artıb, ödənişlər azalıb

İqtisadiyyat Materials 7 Mart 2025 11:08 (UTC +04:00)
Tibbi sığorta üzrə yığımlar artıb, ödənişlər azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tibbi sığorta üzrə 5 milyon manat sığorta ödənişi edilib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat, yaxud da 20,2% azdır. Belə ki, 2024-cü ilin ilk ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tibbi sığorta üzrə 6,2 milyon manat sığorta ödənişi edilib.

Yanvarda bu sığorta sinifi üzrə toplanmış sığorta haqqlarının həcmi isə 58,3 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 6,2 milyon manat və ya 11,9% çoxdur. Ötən ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tibbi sığorta üzrə 52,1 milyon manat sığorta haqqları toplanıb.

Bəhs olunan dövrdə bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığorta haqqından 8,5 manat sığorta ödənişi edilib ki, bu da, illik müqayisədə 3,5 manat azdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 12 manat idi.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti