...

Azərbaycanda könüllü sığorta bazarı 20%-ə yaxın böyüyüb

İqtisadiyyat Materials 3 Mart 2025 17:38 (UTC +04:00)
Azərbaycanda könüllü sığorta bazarı 20%-ə yaxın böyüyüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi 140,6 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 18,9% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi 118,3 milyon manat idi.

Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 37,5 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 7 milyon manat, yaxud da 23% çoxdur. Ötən ilin yanvar ayında ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilmiş könüllü sığorta ödənişlərinin həcmi 30,5 milyon manat idi.

Ötən ay bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığorta haqqından 26,7 manat sığorta ödənişi edilib ki, bu da, illik müqayisədə 0,9 manat artıqdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 25,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti