...

Dövlət Neft Fondunun ərazisinin perimetri bərpa olunacaq

İqtisadiyyat Materials 22 Mart 2025 12:17 (UTC +04:00)
Dövlət Neft Fondunun ərazisinin perimetri bərpa olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ərazisinin perimetri bərpa olunacaq.

Trend-in əldə etdiyi məlumata görə, ARDNF artıq bununla bağlı əsaslı-təmir işlərinin yerinə yetirilməsi məqsədilə nəzərdə tutulan layihə-smeta sənədlərinin hazırlanması işlərinə start verib.

Bildirilib ki, layihəçinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək, işlərin tikinti normalarına uyğun ardıcıllıqlarla və tam əhatəli şəkildə təsviri verilən “Qüsur Aktı”nın tərtib edilməsində məsləhət xidmətlərinin verilməsi və yazı lövhəsinin dizayn olunması xidmətləri göstəriləcək.

Bundan başqa, məlumatda vurğulanıb ki, hazırlanmış layihə məhsulu “Sifarişçi” tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaya və ya rəy verilməsinə təqdim edilərsə, “İcraçı” onun müdafiəsini təmin etməli və haqlı iradlar olarsa, onu (öz hesabına) tez bir zamanda aradan qaldırmalıdır.

ARDNF sözügedən işlərin icrasının 17 228 manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti