Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 809,2 min nəfərə çatıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ilin əvvəli ilə müqayisədə 0,3 faiz çoxdur.
Eyni zamanda aktiv ƏDV ödəyicilərinin sayı 2,9 faiz artaraq 54,4 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,3 min olub.