...

Birinci rübdə Energetika Nazirliyinə 1 400-ə yaxın zəng edilib

İqtisadiyyat Materials 10 Aprel 2025 10:02 (UTC +04:00)
Birinci rübdə Energetika Nazirliyinə 1 400-ə yaxın zəng edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1362 zəng qəbul edilib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Məlumata görə, daxil olan zənglərin 1056-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 121-i təşəkkür xarakterli, 185-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla zəng edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti