Bakı. Trend:
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb.
Bundan 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.