Bakı. Trend:
Bakı şəhərində Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü start götürüb.
Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) ev sahibliyi ilə keçirilir.
Komfransın ilk günündə olduğu kimi bu gün də "Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi", "Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu", "Kosmik sənayedə innovasiya və investisiyalar" və s. məsələlər gündəlikdə duran əsas mövzulardandır.
Tədbirdə çıxış edən "4iG Kosmik və Müdafiə Texnologiyaları" şirkətinin strategiya üzrə meneceri Sebastiyan Misurak bildirib ki, Macarıstanın "4iG Kosmik və Müdafiə Texnologiyaları" şirkəti kosmik sahədə yeni tərəfdaşlarla işləməyə hazırdır.
O, kosmik tədqiqatla bağlı çox iddialı bir proqramlarının olduğunu bildirib: “Özəl şirkətlər Şərqi və Mərkəzi Avropa regionunda kosmik sahədə mühüm işlərə imza ata bilər. Lakin biz tərəfdaşlar olmadan bütün fəaliyyəti həyata keçirə bilmərik. Ona görə də kosmik sahədə mövcud məsələlərə çox praqmatik yanaşmalıyıq. Biz artıq müəyyən şirkətlərlə əməkdaşlıq edirik və yeni tərəfdaşlarla işləməyi də planlaşdırırıq".
S.Misurak vurğulayıb ki, kosmos sahəsində birlikdə çətinliklərin öhdəsindən gəlmək mümkündür.
“Tərəfdaşlarımıza kosmik sahədə öz biliklərimizi ötürməyə və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa hazırıq. Son bir ildə müxtəlif ölkələrin təcrübəsindən, xüsusən də Polşa şirkətləri ilə qarşılıqlı əməkdaşlıqdan faydalanaraq biliklərimizi artırmışıq. Bu sahədə yeni tərəfdaşlarımız üçün təlimlər də keçməyə hazırıq", - deyə şirkətin nümayəndəsi qeyd edib.
Öz nəvbisəində, ötən il Qazaxıstanda Mərkəzi Asiya və Türk dilli ölkələrlə kosmik tərəfdaşlıq qurulması təşəbbüsü ilə çıxış etmişdik.
O, əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırıb və gələcəkdə bir çox peyk texnologiyalarından istifadə etməyi planlaşdırdıqlarını bildirib:
"Şirkətimiz bir sıra kosmik texnologiyalar sahəsində kompüter altsistemlərinin yaradılması ilə bağlı irəliləyişlər əldə edib. Həmçinin yerüstü stansiyalar, peyk, optik texnologiyalar sahəsində layihələr üzərində işləyirik.
Ötən il ölkəmizdə belə bir təşəbbüslə çıxış etmişdik ki, Mərkəzi Asiya və Türk dilli ölkələrlə kosmik tərəfdaşlıq quraq. Yəni birlikdə Türk dövlətlərinin peyk sistemini qurmağı hədəfləmişik. Bununla bağlı bir memorandum da imzalanmışdır. Bu, ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirmək üçün bir imkan təqdim edir".
"Artıq "Özbəkkosmos" agentliyi bu istiqamətdə ciddi əməkdaşlığa hazır olduğunu bildirib. Ayda tədqiqatla bağlı digər ölkələrlə birlikdə tədqiqat aparmaqda çox maraqlıyıq. Buna uyğun olaraq ortaq teleskop layihəsini inkişaf etdirmək niyyətindəyik. Cari layihələrdən onu da qeyd edim ki, optik pilot layihəsi hazırlamışıq. Polşa şirkəti ilə bu sahədə yaxından əməkdaşlıq edirik. Hazırda bu layihə üzrə işləri yekunlaşdırmaq üzrəyik. Yaxın zamanda sınaqdan keçirməyi nəzərdə tuturuq", - deyə layihə direktoru vurğulayıb.
Qeyd edək ki, tədbirin ilk günündə "Azərkosmos" bir sıra şirkətlərlə anlaşma memorandumu imzaladı. Bu gün də kosmik sahədə bir neçə sənədlərin imzalanması gözlənilir.
Bu mötəbər tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. Belə ki, konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrika regionlarından nümayəndələr iştirak edirlər.
Xəbər yenilənəcək