...

Naxçıvanın istilik sistemləri yenidən qurulacaq – 1,6 milyon manat sərf olunacaq

İqtisadiyyat Materials 19 May 2025 10:30 (UTC +04:00)
Naxçıvanın istilik sistemləri yenidən qurulacaq – 1,6 milyon manat sərf olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhəri ərazisində istilik mərkəzləri yenidən qurulacaq.

Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi bununla bağlı müvafiq işlərə başlayır.

Belə ki, Naxçıvan şəhəri ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri (müvafiq avadanlıqların, mal-materialların alınması, quraşdırılması daxil olmaqla) işləri aparılacaq və eyni zamanda ərazi daxili xətlər çəkiləcək.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda qurum görüləcək işlərin 1,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti