Bakı. Trend:
Bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədən 59 mənzil alıb.
Trend bu barədə Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 mənzil və ya 9,3% çoxdur. 2024-cü ilin aprelində Azərbaycan vətəndaşları Türkiyədən 54 mənzil almışdı.
Qeyd edək ki, Türkiyədə xaricilərə ev satışları aprel ayında
əvvəlki ilin eyni ayına nisbətən 13,2% artaraq 1 440-a çatıb. Aprel
ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı
1,2% təşkil edib. Xaricilərə mənzil satışının ən çox olduğu
şəhərlər 529 ilə İstanbul, 497 ilə Antalya və 117 ilə Mersin
olub.
Aprel ayında vətəndaşlara görə ən çox mənzil satışı Rusiya
Federasiyası vətəndaşlarına 276, İran vətəndaşlarına 128 və Ukrayna
vətəndaşlarına 120 olub.